🇨🇳 Çin “Şərqi Türküstan”-ı məhv etmək istəyir 

Çin tərəfindən Sinsizyan-Uyğur bölgəsində yaşayan müsəlmanlara, etnik azlıqlara qarşı olan təhdid və təqiblər haqqında bundan öncə yazı paylaşmışdım. Qısası onu deyim ki, Çin, 2014-cü ildən başlayan, 2017-ci ildən daha sərt forma alan faəliyyəti çərçivəsində 2 milyona yaxın Uyğur, Qazax və Özbək əsilli şəxslərin həbsini həyata keçirib. Hökumətin bu “layihəsi” “reeducation camps” (təkrar təhsil düşərgəsi) adlanır. Ona həm də “3 şeytanla mübarizə” deyirlər : separatizm, dini ekstremizm və beynəlxalq terror. Əslində, Maarifləndirmə adı altında şəxslərin həbs edilməsi vasitəsilə insanların iradəsini sındırmaq və onları dini inanclarından uzaqlaşdırmaq siyasəti həyata keçirilir.

💣Hər şey – 2009-cu ildə, hökumətin həyata keçirdiyi miqrasiya siyasəti çərçivəsində başladı. Sinsizyan-Uyğurda ayrıseçkiliyə etiraz olaraq minlərlə Uyğur küçələrə etiraza çıxdı, etirazlar dalğasında 2 minə yaxın insan həyatını itirdi. Bu hadisə rəsmi Çinin Uyğurlara olan ümid və fikirlərini tamamilə dəyişdi.

Sinsizyan-Uyğur bölgəsi kömür və təbii qaz yataqları ilə zəngin, Çinin həyata keçirdiyi “One Belt One Road” (Böyük İpək yolu) layihəsində mühüm yer tutan ərazidir.

Araşdırmalara əsasən təqib olunan şəxslər aşağıdakılardır :

 Çinin “həssas” hesab etdiyi 26 ölkəyə səyahət edənlər (Məsələn, Türkiyə, Əfqanıstan və s.)
 İctimai yerlərdə dini təbliğat həyata keçirənlər
 Məscidə gedənlər
 Uzun saqqal və başörtüyü taxanlar
 Oruc tutanlar
 Mesajlaşmada və canlı ünsiyyətdə Qurandan ayə və surələrdən sitat gətirənlər.

Aparılan siyasət çərçivəsində:

📍 Yeni doğulan körpələrə xüsusi adlar, məsələn “Məhəmməd”, “Mədinə” adları qoymaq qadağan olunub
📍 Məscidlər “keyfiyyətsiz inşaat” səbəbi ilə məhv edilib
📍 “Halal” məhsulların əldə olunmasına məhdudiyyət qoyulub

Çox xoşagəlməz hal ondan ibarətdir ki, Sinsizyan-Uyğurun həmsərhəd olduğu ölkələrdən 2-i (🇹🇯Tacikistan və 🇵🇰Pakistan) Çinin apardığı bu siyasəti (“reeducation camps”) dəstəkləyir və terrorla mübarizə adı altında ona haqq qazandırır. Digər müsəlman dövlətləri də aparılan bu siyasətə göz yumur və ya onu “yüksək” qiymətləndirirlər.

Hökumətin apardığı siyasətə dəstək verən ölkələrin sayı 54-dür. Bunların sırasına : 🇷🇺Rusiya, 🇧🇾 Belarusiya, 🇸🇦 Səudiyyə Ərəbistan, 🇨🇩 Demokratik Konqo Respublikası, 🇰🇵 Şimali Koreya, 🇹🇯Tacikistan, 🇹🇲 Türkmənistan, 🇨🇺Kuba, 🇮🇷 İran və 🇰🇼 Küveyt daxildir.

Faktlara nəzər salsaq, Çinin göstərişi əsasında 🇹🇭 Taylandda yaşayan mindən çox insan, 🇪🇬 Misirdə təhsil alan 10-larla tələbə Çinə deportasiya olunub. Səudiyyə Ərəbistanı və Pakistan öz bəyanatlarında Çin hökumətinin insan hüquqlarının müdafiəsində, ərazi bütövlüyünün qorunmasında, dini radikalizm və terrorla mübarizədə atdığı addımların vacibliyini vurğulayıb.

#xinjiang #detention #camps